Qırmızıda keçən motosiklet yük maşınına çırpılıb, xəsarət alanlar var – FOTO/VİDEO

06:00 19-02-2020 436

Motosikleti sürətlə idarə edən gənc sürücünün yük avtomobilinə çırpılması nəticəsində iki nəfər xəsarət alıb

HerGun.Az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda Rəşid Behbudovla Salatın Əsgərova küçələrinin kəsişməsində qeydə alınıb.

Rəşid Behbudov küçəsində yüksək sürətlə hərəkətdə olan motosikletin sürücüsü qırmızı işığın tələbinə məhəl qoymayaraq qarşısına çıxan “Qazel” markalı yük maşınına çırpılıb.

Nəticədə motosikletin sürücüsü 19 yaşlı Abdullayev Qorxmaz İldırım oğlu və sərnişin Heydərov İsmayıl Səfər oğlu ağır bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

Sərnişinin baş geyimi olmadığından onun vəziyyəti daha ağır kimi qiymətləndirilir.

Hadisə zamanı yük avtomobilinin yanacaq çəni zədələndiyindən ətrafa yanacaq dağılıb.

Baş verə biləcək bədbəxt hadisənin qarşısını almaq məqsədi ilə ətrafdakı vətəndaşların köməkliyi ilə asfalta dağılmış yanacaq yuyulub.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.

Vüqar Ağayev

Tapdıq Afət oğlu