Bakıda qadın sürücü “qırmızıya” keçdi və qəza törətdi - FOTO/VİDEO

05:00 10-07-2019 564

Gecə saatlarında Bakının Nəsimi rayonunda 2 minik maşını toqquşub, 1 nəfər yaralanıb.

HerGun.Az xəbər verir ki. hadisə Azadlıq prospekti və Abbasqulu Ağa Bakıxanov küçəsinin kəsişməsində, “Dostluq” kinoteatrının yaxınlığında baş verib.

Zamanov Naib Niyazəli oğlu idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə Azadlıq prospektində hərəkətdə olarkən A.Bakıxanov küçəsində hərəkətdə olan İradə Cəfərovanın idarə etdiyi “Kia” markalı maşınıyla toqquşub.

Qəza zamanı “Kia”-da olan sərnişin xəsarət alıb. İlkin məlumata hadisə “Kia” markalı avtomobilin Bakıxanov küçəsində yüksək sürətlə hərəkətdə olması səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu