Bakıda tıxaca səbəb olan sürücülər - VİDEO

11:00 19-02-2020 404

Bir çoxları Bakıda tıxacların olmasından şikayət edir. Buna səbəb kimi çox vaxt yolların kifayət qədər geniş olmaması və yol-patrul xidmətinin əməkdaşlarının həmin ərazidə zəif xidmət aparması göstərilir. 

Ancaq HerGun.Az təqdim edəcəyi videoda tıxacın əsl səbəbkarını göstərməyə çalışacaq. 

Sosial şəbəkədə yayımlanan video şəhərin Ziya Bünyadov prospektində lentə alınıb. Görüntülərdən aydın olur ki, sağ kənar yoldan prospektə daxil olmaq istəyən sürücülər 1.3 üfüqi nişanlama xəttinin tələblərini kobud şəkildə pozurlar.

Belə ki, sürücülər sıxlıq olduğundan sağ kənar yoldan prospektə müəyyən olunmuş hissədən deyil, müəyyən qədər qarşıdan keçir. 

Bununla da sıxlığı keçməyə çalışan sürücülər prospektdə tıxacın yaranmasına səbəb olur.

Samir İsayev