Boğazı kəsilən kişi mağazaya girdi, insanlardan kömək istədi

11:20 20-02-2020 44

Rusiyanın Sankt-Peterburq şəhərində boğazı kəsilmiş kişi mağazaya girərək, insanlardan kömək istəyib.

REN TV-nin xəbərinə görə, 51 yaşlı kişi qarın və boğaz nahiyəsindən bıçaqlanıb.

Məlum olub ki, 71 yaşlı tanışı mübahisə zəminində mağazanın qarşısında onu bıçaqla yaralayıb.

Polis hadisəni törədən şəxsi tutub.

Onun barəsində “qəsdən sağlamlığa ağır xəsarət yetirmə” maddəsi ilə cinayət işi başlanılıb.