Sabirabad sakinini Hacıqabulda maşın vurub öldürdü

08:54 10-07-2019 72

Hacıqabulda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Udulu kəndinə gedən yolda qeydə alınıb. 
 
Həmin yolda naməlum minik avtomobili Sabirabad rayonunun Axtaçı-Şirvan kənd sakini, 1987-ci il təvəllüdlü Qənbərov Cavanşir Ələddin oğlünü vuraraq öldürüb.
 
Faktla bağlı araşdırma aparılır.