Sürücülərin yatması qəzalara səbəb oldu - VİDEO

10:09 10-07-2019 569

Heydər Əliyev prospekti, Bakı Olimpiya Stadionunun qarşısında baş verən iki yol qəzasının görüntüləri yayılıb.

Avtosfer.az xəbər verir ki, təxminən eyni ərazidə baş vermiş hər iki qəza nəticəsində idarəetməni itirən sürücülər bordürü aşaraq əks yola keçiblər.

İlk görüntüdə “Toyota Land Cruser” markalı avtomobil idarəetməni itirərək işıq dirəyinə çırpılır. Ardınca dirəyi aşıraraq yolun əks istiqamətinə çıxır. Sürücünün sükan arxasında yatması ehtimal olunur.

İkinci görüntü isə sutkanın qaranlıq vaxtı qeydə alınıb. Bu dəfə də sürücünün sükan arxasında yatması ehtimalı böyükdür. Çünki orta zolaqla hərəkət etdiyi bir vaxtda qəfildən sola burulur. Nəticədə, avtomobil bordürü keçərək yolun digər tərəfinə düşür.