Oğurlanan elektrik təkərini onlayn satış elanından tapdı - VİDEO
00:20 22-02-2020 447
Moskva şəhərində yaşayan gənc bir müddət əvvəl cinayətkarların hücumuna məruz qalıb.
REN.TV xəbər verir ki, naməlum şəxslər ona xəsarət yetirərək hərəkət üçün istifadə etdiyi elektrik təkərini oğurlayıblar.
Hüquq-mühafizə orqanları qarətçiləri yaxalasalar da, elektrik təkəri axtarışı davam etdirilib. Oğurlanan əşyanın sahibi də axtarışlara qoşulub və bir müddət sonra internet-mağazaların birində ona məxsus elektrik təkərinin satışa qoyulduğu barədə elana rast gəlib.
Dərhal satıcı ilə əlaqə yaradan gənc elektrik təkərin ona məxsus olduğunu və bir müddət əvvəl oğurlandığını bildirib. Satıcı isə hadisədən məlumatlı olmadığını, elektrik təkəri tanımadığı şəxsdən aldığını söyləyib.