Ucarda avtobus piyadanı vuraraq öldürdü - VİDEO

03:00 22-02-2020 366

Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə ötən gün saat 22 radələrində Bakı-Qazax yolunun rayonun şərti olaraq "Dördyol" adlanan ərazisində qeydə alınıb.

"İkarus" markalı sərnişin avtobusu yolu keçən piyada, rayonun Qarabörk kənd sakini, 1973-cü il təvəllüdlü Ehtiram Heybət oğlu Novruzəliyevi vurub. E.Novruzəliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.