Makqreqorun məşqçisinə barda hücum - VİDEO

11:09 10-07-2019 810

Amerikalı qarışıq üslublu döyüşçü (MMA), irlandiyalı Konor Makqreqorun məşqçisi Dillon Denis Nyu-Yorkda hücuma məruz qalıb.

“The Daily Mail” xəbər verir ki, naməlum kişi idmançıya barda hücum edib.

Yayılan videoda D.Denisin zərbədən sonra yerə yıxıldığı görünür. Ardınca mühafizəçilər onları küçəyə çıxarır.

Münaqişənin səbəbi məlum deyil.