“Yevgeni Onegin”in ilk nəşri yarım milyon dollara satıldı

11:27 10-07-2019 963

Aleksandr Puşkinin “Yevgeni Onegin” romanının ilk nəşri Londondakı “Kristis” hərrac evində 467,2 min funt sterlinqə (təxminən 581 min dollar) satılıb. İlk lot 120-160 min funt təşkil edib.

Bu barədə BBC məlumat yayıb.

Dostoyevski və Qoqolun əsərləri də daxil olmaqla, xüsusi Avropa kolleksiyasından 120-dən çox nadir nəşr “Rus ədəbiyyatının qızıl əsri” ticarətində satışa çıxarılıb.

Hərrac evindən verilən məlumata görə, ümumi gəlir 2,2 milyon funt sterlinq təşkil edib:

“1825-1827-ci illərdə Aleksandr Puşkinin “Yevgeni Onegin” romanının ilk nəşri Sankt-Peterburqda çap olunub.

Yevgeni Onegin”in nəşrləri əsl nadir tapıntıdır. Romanın ilk hissəsinin nəşri orijinal üzlükdə buraxılıb”.

1831-ci ildə nəşr olunan Nikolay Qoqolun “Dikanka yaxınlığındakı xutorda axşamlar” adlı əsərinin ilk nəşri isə 175 min funt-sterlinqə satılıb.