Pentaqona müvəqqəti rəhbər təyin olundu

12:09 10-07-2019 790

ABŞ Hərbi Dəniz Qüvvələrinin komandanı Riçard Spenser müvəqqəti olaraq Pentaqona başçılıq edəcək.

Bu barədə “Military Times” məlumat yayıb.

Xatırladaq ki, Pentaqonun əvvəlki başçısı Ceyms Mettis ötən il dekabrın 21-də postu tərk etmək barədə qərar qəbul edib.

C.Mettis İstefasının səbəbini isə ABŞ Prezidenti Donald Trampla aralarında fikir ayrılığının yaranması ilə izah edib.