Daha bir məşhur aktyor vəfat etdi

12:18 10-07-2019 16

Amerikalı aktyor Rip Torn 88 yaşında vəfat edib.

Bu barədə “Deadline” məlumat yayıb.

Komediya ustası İngiltərədəki evində, ailə üzvləri ilə birlikdə vaxt keçirərkən vəfat edib.

Onun ölüm səbəbi məlum deyil.

Xatırladaq ki, R.Torn 180-dən çox filmdə rol alıb. Həmin filmlər arasında “Mariya Antuanetta”, “Qara geyimli adamlar” və “Duyğusuz”u qeyd etmək olar.