Serfer söyüş və təpiklərin köməyi ilə nəhəng yırtıcıdan xilas oldu

03:00 24-02-2020 326

Yeni Zelandiya sahillərində ağ akula insana hücum edib.

“Sky News” xəbər verir ki, 60 yaşlı Oklend şəhər sakini Nik Minouq okeanda üzrəkən aklula onun serfinq taxtasını dişləyib.

Özünü itirməyən serfer akulaların gözlərini və burnunu zədələməkdən qorxduqlarını yada salıb.

O, akulanı söyərək sifətinə təpik ilişdirib. Nik akulanı gözündən vurmaq istəsə də, onun cəhdi uğursuz alınıb.

“Akullaya “Rədd ol!” qışqıraraq gözündən curdum. Gözü çox nəhəng idi – üç yumruq boyda”, - N.Minouq qeyd edib.

Nəticədə akula taxtanı buraxaraq serferdən uzaqlaşıb. Sahilə çıxmağı bacarn kişinin bədənində cüzi kəsiklər aşkar edilib.