Fələstin İsrailə 20-ə yaxın raket buraxıb

04:00 24-02-2020 383

İsrail hərbçiləri Qəzza zolağından İsrail istiqamətində 20 raketin buraxıldığını qeydə alıb.

“The Times of Israel” xəbər verir ki, raketlərdən 10-u ölkənin hava hücumundan müdafiə sistemləri tərəfindən dəf edilib.

Qalanları isə yaşayış olmayan ərazilərə düşüb.

Ölənlər və dağıntılar barədə məlumat yoxdur.

Məlumata əsasən, raketlər İsrailin cənubuna hədəflənmişdilər.