33 yaşlı müəllim yeniyətməyə narkotik vasitə verərək yoldan çıxartdı

04:40 24-02-2020 433

Çikaqoda Alessandro Volta Elementary School adlı məktəbin sabiq müəllimi 33 yaşlı Sara Damiyan məhkəmə qarşısına çıxıb.

“Metro” xəbər verir ki, müəllim 14 yaşlı oğlana qarşı seksual zəmində cinayət işlətməkdə ittiham olunur.

Hadisə 2019-cu ildə baş verib. Müəllim yeniyetməni evinə dəvət edərək ona marixuanalı marmelad verib.

Sonra isə qadın yeniyetməyə xoş sözlər deyərək cinsi əlaqəyə sövq etməyə çalışıb.

Lakin oğlan aralarındakı yaş fərqini qeyd edib.

Sara Damiyan yeniyetmə ilə münasibətdə olduğunu rəfiqəsinə danışıb.

Bunu eşidən qadın dərhal polisə şikayət edib.

Daxil olan şikayətdən sonra polis müvafiq araşdırma aparıb və ötən həftə S.Damiyan həbs edilib.