Bakıda avtobus sürücüsü sərnişinlərin həyatını təhlükəyə atdı - VİDEO

01:20 25-02-2020 425

Bakıda daha bir avtobus sürücüsü qaydaları pozub.

HerGun.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb.

Məlumata görə, videogörüntülər Xətai rayonu Əhmədli qəsəbəsinin Sarayevo və Telnov küçələrinin kəsişməsində yerləşən “Diaqnoz” tibb mərkəzinin qarşısında lentə alınıb.

Göründüyü kimi avtobus əks yola çıxaraq digər hərəkət iştirakçılarına təhlükə yaradıb:

“Görüntülər bu gün lentə alınıb. 46 nömrəli müntəzəm marşrut xətti üzrə işləyən avtobuslar hər gün sözügedən ünvanda yolun əks istiqamətinə çıxır. Xahiş edirik bu cür davranışlara yol verən avtobus sürücüləri haqqında tədbir görülsün”.

Könül Cəfərli