“Professor” saatsazın fərqlilikləri: su saatı, tərsinə işləyən saat - VİDEO

14:00 10-07-2019 961

Dövr, zaman dəyişdikcə həyatımıza yeniliklər gəlir, lakin bəzən qədim ənənələr sıradan çıxır, bir çox sənət sahələri unudularaq tarixə qovuşur. Çətin də olsa, bu sənətləri yaşadanlar var. Elə müsahibimiz məşhur saatsaz Hacı Fətəliyev kimi.

Qapının üzərindəki “düzəlməyən saatları düzəldirəm” yazısı müsahibimizin əsas devizidir. Sənətkar bildirir ki, düzəltdiyi saatlara və bacarığına görə ətrafındakılar onu “professor” və “akademik” adlandırır.

İşini sevən usta gileylənərək bildirir ki, sənətinə dəyər verilmir.

Müsahibə zamanı gözümüzə ustanın əqrəbləri tərsinə işləyən saatı da dəydi.

O, gələcəkdə su ilə hərəkət edən saat düzəltmək istədiyini deyir.

Müsahibimizin sözlərinə görə, təkcə Azərbaycanda yox, xaricdə də tanınır.

Hacı Fətəliyev əlavə edir ki, saat düzəltdirmək üçün ona rəsmi şəxslər də müraciət edir.

İlhamə Kələyeva
Orxan Hüseynzadə