Bakıda subasma probleminin həlli üçün - YENİLİK

14:09 10-07-2019 491

2019-cu illin sonuna kimi paytaxtın su basan ərazilərində yağış-kanalizasiya sistemi qurulacaq.

HerGun.Az-ın məlumatına görə, bunu “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.

ASC rəsmisi bildirib ki, məsələ ilə bağlı təkliflər hazırlanır:

“Bakı şəhərinin ətraf ərazilərində subasma hallarının qarşısını almaq üçün yağış-kanalizasiya xətlərinin çəkilməsi layihəsi bu ilin sonuna qədər həyata keçiriləcək.

Bakıətrafı qəsəbələrdə kanalizasiya sistemləri, demək olar, yoxdur. Mövcud kanalizasiya xətlərini ya vətəndaşlar, ya da bələdiyyələr çəkib. Ətraf yaşayış məntəqələrinə kanalizasiya xətlərinin çəkilməsi ilə bağlı layihələrimiz olacaq”.

İlhamə Əbülfət