MSK “son sözü” Konstitusiya Məhkəməsinə verdi

20:00 25-02-2020 509

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən iclasında seçkilərin ümumi yekunlarına dair protokolu təsdiq edib.  

HerGun.Az-ın xəbərinə görə, MSK seçkilərin yekunlarının yoxlanılması və təsdiqlənməsi üçün DSK protokollarının, əlavə sənədlərin Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, Konstitusiya Məhkəməsi 10 gün müddətində sənədlərin Seçki Məcəlləsinə uyğunluğunu yoxlamalıdır. Vaxt tələb edərsə, bu müddət uzadıla da bilər.  

Xatırladaq ki, 2020-ci ilin fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçirilib.  

Aqşin Kərimov