Ali Məhkəmə səkkiz yaşlı qıza təcavüz edən şəxslə bağlı qərar verdi

15:00 10-07-2019 534

Ali Məhkəmədə seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Osman Ziyadovun (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

HerGun.Az xəbər verir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən iclasda qərar elan edilib.

Qərara əsasən, iş geri qaytarılıb.

Cinayət işi yenidən Bakı Apellyasiya Məhkəməsində araşdırılacaq.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə O.Ziyadov 12 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, O.Ziyadova qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi açılıb və o, həbs edilib.

Zərərçəkmiş şəxs qismində səkkiz yaşlı Fidan Qəhrəmanova (ad-soyad şərtidir) ifadə verərkən deyib ki, O.Ziyadovun bacısı ona dayəlik edib:

“Anam xaricə gedib-gəlirdi, ona görə mənə dayə tutmuşdular. Arada dayəm məni öz evlərinə aparırdı. Biz hamımız bir otaqda qalırdıq. Dayəmin qardaşı Osman dəfələrlə mənə təcavüz edib. Axşam yatanda bunu təkrar edirdi, əli ilə ağzımı tuturdu ki, qışqırmayım”.