GMO məhsullarının tam - SİYAHISI

15:36 10-07-2019 508

Ümumdünya Səhiyyə təşkilatı (WHO) geni modifikiasiya edilmiş bitkilərinin istehlakının insan üçün təhlükəsiz olması ilə bağlı bildirir ki, bu cür bitkilərin həm qida, həm də yem kimi istifadəsinə icazə verilən ölkələrdə heç bir sağlamlığa yönəlmiş təsiri aşkar olunmayıb.

HerGun.Az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidmətinin rəhbəri Mənsur Piriyev məlumat verib.

O qeyd edib ki, Azərbaycanda saxta reytinq üçün istehlak olunan bütün qida məhsullarının guya GMO-lu olduğuna dair məlumatlar yayılsa da, ölkəyə geni modifikiasiya edilmiş məhsullar gətirilmir:

“Hazırda dünyada istehsal edilən genetik modifikasiya olunmuş bitki növlərinin sayı cəmi 30-dur.

Ümumdünya Səhiyyə təşkilatı (ÜST) geni modifikasiya edilmiş bitkilərin istehlakının insan üçün təhlükəsiz olması ilə bağlı bildirir ki, bu cür bitkilərin həm qida, həm də yem kimi istifadəsinə icazə verilən ölkələrdə heç bir sağlamlığa yönəlmiş əks təsiri aşkar olunmayıb.

Avropa Komissiyasının verdiyi məlumata əsasən, 25 il ərzində 500 müstəqil tədqiqat müəssisəsində həyata keçirilmiş 150 tədqiqat layihəsi zamanı GMO-nun təhlükəli olması ilə bağlı heç bir nəticə əldə olunmayıb. Hazırda dünyanın bir çox ölkəsində GMO istehsalı ilə məşğul olan şirkətlər mövcuddur".

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) dünyada geni modifikasiya olunmuş bitki növlərinin siyahısını da açıqlayıb.

AQTA-ya istinadən geni modifikasiya olunmuş bitki növlərinin siyahısını təqdim edirik:

1. Pomidor (Lycopersicon esculentum) - Kanada, Çin, Meksika, ABŞ;

2. Yemiş (Cucumis melo) - ABŞ;

3. Alma (Malus x Domestica) - Kanada, ABŞ;

4. Kartof (Solanum tuberosum L) - Rusiya;

5. Əkin yoncası (Medicago sativa) - Argentina, Avstraliya, Kanada, Yaponiya, Meksika, Yeni Zelandiya, Sinqapur, Cənubi Koreya, ABŞ;

6. Lobya (Phaseolus vulgaris) - Brazilya;

7. Pambıq (Gossypium hirsutum L.) - Argentina, Avstraliya, Brazilya, Qərbi Afrika, Kanada, Çin, Kolumbiya, Efiopiya, AB, Hindistan,Yaponiya, Malaziya, Myanmar, Yeni Zelandiya, Paraqvay, Filippin, Sinqapur, Pakistan, Cənubi Aftrika, Cənubi Koreya, Sudan, Tayvan, ABŞ, Esvatini (keçmiş Svazilend);

8. Badımcan (Solanum melongena) - Bangladeş;

9. Kətan (Linum usitatissimum L.) - Kanada, Kolumbiya, ABŞ;

10. Qarğıdalı (Zea mays L.) - Argentina, Avstraliya, Brazilya, Kanada, Çili, Çin, Kolumbiya, Kosta Rika, Kuba, Misir, AB, Honduras, İndoneziya, İran, Meksika,Yaponiya, Malaziya, Yeni Zelandiya, Nigeriya, Panama, Paraqvay, Filippin, Rusiya, Sinqapur, Pakistan, Cənubi Afrika, Cənubi Koreya, Sudan, İsveçrə, Tayvan, Tailand, Tükiyə, ABŞ, Uruqvay, Vyetnam, Zambiya;

11. Gavalı (Prunus domestica) - ABŞ;

12. Raps (Brassica rapa) - Kanada;

13 Düyü (Oryza sativa L.) - Avstraliya, Kanada, Çin, Kolumbiya, Honduras, Yaponiya, İran, Meksika, Yeni Zellandiya, Filippin, Rusiya, Cənubi Afrika, ABŞ;

14. Qızıl gül (Rosa hybrida) - Avstraliya, Kolumbiya, Yaponiya, ABŞ;

15. Saflor (Carthamus tinctorius L.) - Avstraliya;

16. Soya (Glycine max L.) - Argentina, Avstraliya, Boleviya, Brazilya, Kanada, Çili, Çin, Kolumbiya, Kosta Rika, AB, Hindistan, İndoneziya, İran, Meksika,Yaponiya, Malaziya, Yeni Zelandiya, Nigeriya, Paraqvay, Filippin, Rusiya, Sinqapur, Cənubi Aftrika, Cənubi Koreya, İsveçrə, Tayvan, Tayland, Tükiyə, ABŞ, Uruqvay, Vyetnam;

17. Balqabaq (Cucurbita pepo) - Kanada, ABŞ;

18. Şəkər çuğunduru (Beta vulgaris) - Avstraliya, Kanada, Çin, Kolumbiya, AB,Yaponiya, Meksika, Yeni Zellandiya, Filippin, Rusiya, Sinqapur, Cənubi Koreya, Tayvan, ABŞ;

19. Şəkər qamışı (Saccharum sp) - Brazilya, Kanada, İndoneziya, ABŞ;

20. Şirin bibər (Capsicum annuum) - Çin;

21. Tütün (Nicotiana tabacum L.) - AB, ABŞ;

22. Yumşaq buğda (Triticum aestivum) - Avstraliya, Kolumbiya, Yeni Zelandiya, ABŞ;

23. Kanola (Brassica napus) - Avstraliya, Kanada, Çili, Çin,AB, Malaziya, Meksika, Yeni Zelandiya, Filippin, Sinqapur, Cənubi Afrika, Cənubi Koreya, Taivan, ABŞ;

24. Qərənfil (Dianthus caryophyllus) - Avstraliya, Kolumbiya, AB, Yaponiya, Malaziya, Norveç;

25. Adi kasnı (Cichorium intybus) - ABŞ;

26. Sürünən tarlaotu (Agrostis stolonifera) - ABŞ;

27. Evkalipt (Eucalyptus sp.) - Brazilya;

28. Papaya (Carica papaya) - Kanada, Çin, Yaponiya, ABŞ;

29. Petunya (Petunia hybrida) - Çin;

30. Qovaq (Populus sp.) - Çin.

Könül Cəfərli