İki ilə 51 kiloqram arıqladı, Britaniya gözəli adına layiq görüldü – FOTO

03:40 27-02-2020 446

İngiltərənin Qrimsbi şəhərinin 26 yaşlı sakini Cen Atkin iki ilə 51 kiloqram arıqlayaraq “Miss Böyük Britaniya - 2020” yarışmasının qalibi olub.

“Daily Mail” xəbər verir ki, Atkin üç il əvvəl çəkisinin 108 kiloqram təşkil etdiyini bildirib.

“O zaman bu yarışmanın qalibi olacağımı heç təsəvvürümə də gətirə bilməzdim. Lakin sərf olunan əmək öz bəhrəsini verir”, - deyə Atkin qeyd edib.

Fevralın 21-i Cen Atkin ölkəsinin ən gözəl qadını adına layiq görülüb. Yarışmada çıxış edən qadın qalib gəlmək üçün dayanmadan idmanla məşğul olduğunu və iki ilə 51 kiloqram çəki atdığını bildirib.