Yer planetinin ikinci peyki peyda oldu

05:40 27-02-2020 466

Yer planeti Aydan başqa daha bir təbii peykə sahib olub.

“RİA Novosti” xəbər verir ki, yeni peykimiz 2020 CD3 asteroidi olub.

Smitson astrofizika rəsədxanasının Kiçik planetlər mərkəzinin sirkulyarında bu kosmik cismin müvvəqəti olaraq Yer planetinin cazibə qüvvəsinə bağlandığı bildirilir.

Mütəxəssislər burada qeyri-adi bir şeyin olmadığını deyir.

“Bu obyekt Yer planeti ilə eyni sürətdə hərəkət edir. Bu səbəbdən də müvəqqəti orbitə sahib olub. Asteroid bir neçə il ərzində planetimizin ətrafında fırlana bilər”, - deyə alimlər qeyd edib.