Hərbi blokun baş katibi Yerevanda Qarabağı müzakirə etdi

00:40 28-02-2020 468

Yerevanda səfərdə olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.

Bu barədə HerGun.Az Ermənistan KİV-nə istinadən xəbər verir.

Armen Qriroryan görüşdə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttindəki vəziyyətlə bağlı danışıb.

O, erməni cəmiyyətinin KTMT-dan gözləntilərini açıqlayıb, bildirib ki, münaqişə sülh yolu ilə həll edilməlidir.

Stanislav Zas da, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə alternativ bir mövqe olmadığını vurğulayıb.

Aqşin Kərimov