TƏBİB rəsmisi İrandan gələn şəxsin ürəyinin getməsi ilə bağlı xəbərlərdən danışdı

19:00 28-02-2020 335

“Sosial şəbəkələrdə Ağdaşda İrandan gələn Azərbaycan vətəndaşının halının pisləşməsi və ürəyinin getməsi ilə bağlı yayılan məlumatlar şayiədir”.

HerGun.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən brifinqində “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva bildirib.

O qeyd edib ki, həmin şəxs həqiqətən də İranda işləyib və Ağdaşa qayıdıb:

“O, sırf yorğunluqdan huşunu itirib. Həmin şəxsdən analizlər götürülüb. Hazırda onun vəziyyəti stabildir və koronavirus şübhəsi yoxdur”.

Qeyd edək ki, sosial şəbəkələrdə Ağdaşda İrandan gələn vətəndaşın ürəyinin getməsi və koronavirus epidemiyasının olması ilə bağlı görüntülər yayılıb. 

İlhamə Əbülfət