Bakıda avtomobil 21 yaşlı gənci vurdu

06:20 29-02-2020 32

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb.

Günəşli qəsəbəsində 1999-cu il təvəllüdlü Agayev Turqut Azər oğlu yolu keçmək istəyərkən onu “Kia” markalı avtomobil vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. T.Ağayevə çanaq sümüklərinin sınığı diaqnozu qoyulub.