Xərçəngə səbəb olan məhsul açıqlandı

06:40 29-02-2020 543

Süddən çox istifadə qadınlarda döş xərçənginin yaranması riskini artırır.

“MedicalXpress” agentliyi bildirir ki, belə bir qənaətə ABŞ-da Lom Lind Səhiyyə Universitetinin mütəxəssisləri apardıqları araşdırmalar nəticəsində gəliblər.

Alimlər səkkiz il ərzində həkim nəzarəti altında olan 53 min sağlam qadının pəhriz məlumatlarını təhlil ediblər. İştirakçılar öz fiziki fəallığını, alkoqoldan nə qədər çox istifadə etdiklərini, eləcə də hormonal və digər dərman preparatlarının qəbulu faktlarını, ailədə döş xərçənginin müşahidə olub-olmadığını, reproduktiv və ginekoloji sağlamlığını göstəriblər.

Müşahidənin sonunda 1057 qadında döş şişlərinin inkişaf halları qeydə alınmışdı. Mütəxəssislər soya məhsulları, eləcə də pendir və qatıqdan istifadə ilə xərçəngin yaranması arasında aydın əlaqələr tapmayıblar. Lakin süd məhsullarından daha tez-tez istifadə edənlərdə şişlərin inkişaf riski böyük olub.

Alimlər bildirirlər ki, buna səbəb süddə şişlərin inkişafına gətirib çıxaran cinsi hormonların olması ola bilər.