Azərbaycanda otellərə tələblər bu halda yüksək olacaq - VİDEO

09:20 29-02-2020 448

Azərbaycanda otellərin xidmət səviyyəsi kriteriyalar kataloquna uyğun olaraq bal sistemi əsasında təsnifatlaşdırılacaq. Bu zaman ulduz kateqoriyası nə qədər yüksək olarsa, tələblər də bir o qədər yüksək olacaq.

Hotel sahibi istədiyi ulduz kateqoriyası üçün lazım olan balları əldə etmək məqsədilə bu kriteriyaların hansının tələblərinə cavab verməyi seçməkdə azaddır. 

Baku Tv xəbər verir ki, bu, sahibkarlara qonaqlarına istədiyi əlavə xidmətləri təklif etmək üçün şərait yaradır. 

Hotellərdə qeydiyyat zamanı qonaq daxili cihazlardan istifadə imkanları barədə açıq şəkildə məlumatlandırılacaq. Bu, mehmanxana haqqında informasiya qovluğuna daxil edilməlidir. Tələb olunan kriteriyalardan biri olmasa, hotel təsnifatlaşdırılmayacaq. Ulduzlaşma ilkin mərhələdə könüllü aparılacaq. 

Azərbaycan Turizm Asossasiyası sədrinin müşaviri Müzəffər Ağakərimovun sözlərinə görə, bu sistem otellər arasında rəqabət sistemini gücləndirəcək. 

Hotel bir ulduz almaq üçün minimum 40, iki ulduz almaq üçün 54, üç ulduz almaq üçün 78, dörd ulduz almaq üçün 95, beş ulduz almaq üçün 114 bal toplamalıdır:

“Dörd və beş ulduzlu hotellər üçün otaqlarda regional məlumat materialları da yerləşdirilməlidir. Ulduzlaşma ilə bağlı sənəd qəbulu üçün müraciət etdikdən sonra vaxt təyin edilir”.