Sərnişin avtobusu qatarla toqquşdu: 20 nəfər həyatını itirdi

13:20 29-02-2020 379

Pakistanın Rori şəhərində qatarla sərnişin avtobusunun toqquşması nəticəsində 20 nəfər vəfat edib, 23 sərnişin isə yaralanıb. 

Xəbəri “Samaa” telekanalı yayıb.

Qeyd olunur ki, tıxacdan yayınmaq istəyən sərnişin avtobusu sürət qatarının hərəkət etdiyi dəmir yolu relsinin üzərinə çıxıb. 

Nəqliyyat naziri Sind Aveys Qadir Şahın sözlərinə görə, hazırda xəstəxanada olan 18 nəfərin vəziyyəti kritik qiymətləndirilir.