Karateçimiz Avstriyada qızıl medal qazandı

19:40 01-03-2020 402

Avstriyada təşkil olunan Karate1 Premyer Liqa turnirinin son günündə medallar uğrunda görüşlər keçirilib. 

HerGun.Az xəbər verir ki, Azərbaycan karateçiləri sözügedən yarışda iki medal əldə ediblər.  

Qızıl medal ümidlərimizdən biri Rafiz Həsənov (67 kq) həlledici döyüşdə italiyalı Luka Mareskaya qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

İrina Zaretska (68 kq) isə bürünc mükafata sahib çıxıb. O, üçüncülük mübarizəsində Linqlinq Tanqı (Çin) yolundan kənarlaşdırıb. 

Yarışın son günü bürünc medal üçün yarışan idmançılarımızdan Ayxan Mamayevlə (84 kq) Asiman Qurbanlı (+84 kq) isə şansı əldən veriblər. Ayxan Mamayev qazaxıstanlı Daniyar Yuldaşevə, Asiman Qurbanlı isə misirli Mahmud Tarekə uduzub. 

Qeyd edək ki, turnir karateçilərə dünya və olimpiya reytinqi xalları qazandırıb.