Xoruza gecələr banlamaq qadağan edildi - İsveçrədə

20:45 10-07-2019 656

320425

İsveçrənin Sürix kantonunun sakinləri xoruzun gecələr banlamasına görə məhkəməyə şikayət ediblər.

“Neue Zurcher Zeitung” qəzeti xəbər verir ki, məhkəmə xoruzun sahibinin adi günlərdə quşun axşam saat 22:00-dan səhər saat 08:00-dək, bazar günləri isə axşam saat 22:00-dan səhər saat 09:00-dək “səssiz” qalmasını təmin etməyə dair hökm edib.

Xoruz göstərilən müddətlər ərzində toyuq hinini tərk edə bilməz.

Məhkəmə toyuq hininin səs izolyasiyasını yaxşılaşdırmağı da tələb edib.