Abdullah Avcının sabiq köməkçisi: “Azərbaycandan da təklif almışdı, amma...”

16:40 02-03-2020 524

Türkiyənin “Fənərbaxça” klubunu AFFA-nın təklif göndərdiyi Abdullah Avcı çalışdıra bilər.

HerGun.Az xəbər verir ki, Avcı Ərsun Yanalın istefasından sonra İstanbul klubu ilə adı gündəmə gələn baş məşqçilər arasında birincidir.

“Başakşəhər” klubunda Abdullah Avcının köməkçilərindən olmuş Sərhat Gülpınar “Radyospor”a açıqlamasında onun AFFA-dan təklif aldığını bildirib:

“Abdullah hoca ilə “Beşiktaş”dan ayrıldıqdan sonra görüşmüşdük. O, əminliklə mövsümün sonunadək heç bir klubda işləməyəcəyini və istirahət edəcəyini bildirmişdi. Azərbaycan milli komandası üçün də təklif almışdı, ancaq danışıqlar mənfi nəticələnmişdi”.

Qeyd edək ki, hazırda yığmamıza baş məşqçi postuna əsas namizəd kimi italiyalı Canni de Byazi göstərilir.

Səbuhi Musayev