Neftçalada maşın aşdı: yaralılar var

22:27 10-07-2019 534

Neftçalada ağır qəza baş verib.

HerGun.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Şirvan kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayonun Bankə qəsəbə sakini, 1984-cü il təvəllüdlü Əmirov Mirzamir Seyidhəsən oğlu idarə etdiyi 99-NS-345 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən anidən idarəetməni itirib və maşın aşıb.

Qəza nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.