Boğulmaq üzrə olan iki nəfər xilas edildi

23:45 10-07-2019 595

Bu gün dənizdə batma təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib.

Bu barədə HerGun.Az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xəbərə görə, Bilgəh və Zağulba çimərliklərində iki nəfər boğulmaq təhlükəsi ilə üzləşib.

Sözügedən şəxslər FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən xilas olunub.