Azərbaycanı ukraynalı idmançılar təmsil edəcək

00:27 11-07-2019 620

Azərbaycanın iki triatlonçusu Dünya Çimərlik Oyunlarına vəsiqə qazanıb.

HerGun.Az-ın xəbərinə görə, bunlar ukraynalı legionerlərimiz Kseniya Levkovskya və Rostivlav Pevtsovdur.

Hər iki idmançı Azərbaycanı 10-15 oktyabr tarixlərində ABŞ-ın San Dieqo şəhərində keçiriləcək I Dünya Çimərlik Oyunlarında təmsil edəcək.

Qeyd edək ki, bununla da yarışda iştirak edəcək azərbaycanlı idmançıların sayı yeddiyə çatıb. Daha öncə karateçimiz (kata) Roman Heydərov, eləcə də güləşçilərimiz Pənah İlyaslı, İbrahim Yusubov, Kənan Əliyev və Oyan Nəzərianinin bu turnirdə iştirak edəcəyi dəqiqləşmişdi.

Səbuhi Musayev