Bakıda poçta maskalı basqın edən şəxslər məhkəmə qarşısında

16:00 04-03-2020 573

Quldurluqda təqsirləndirilən Ramazan Layıcov, Həmid Babayev və Teymur Hacıbəyovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

HerGun.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmənin baxış iclası martın 16-na təyin edilib. 

Qeyd edək ki, bu şəxslər ötən ilin sentyabr ayında Binəqədi rayonu ərazisində maska taxaraq poçta basqın edib və bıçaqla hədələyərək pul tələb ediblər. R.Layıcov, H.Babayev və T.Hacıbəyov barəsində Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. 

Cinayət işi üzrə “AZƏRPOÇT” MMC və onun əməkdaşı zərərçəkmiş şəxs qismində tanınıb.

Həmin şəxslər poçta nahar vaxtı daxil olub, orada çalışan işçini hədələyiblər. Oğrular pul tələb etsələr də, istəklərinə nail olmadan hadisə yerindən qaçıblar.