Voleybol üzrə Azərbaycan çempionatının bütün oyunları təxirə salındı

16:40 04-03-2020 378

Voleybol üzrə Azərbaycan çempionatlarının oyunları təxirə salınıb. 

HerGun.Az xəbər verir ki, bu addım Nazirlər Kabinetinin yanında operativ qərargahın müvafiq məlumatı (Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə təxirəsalınmaz tədbirlər çərçivəsində atılıb.

Azərbaycan Voleybol Federasiyasının qərarına əsasən, Super Liqa, Yüksək Liqa, həmçinin I Liqanın 4-10 mart tarixlərində keçirilməli olan matçları təxirə salınıb.

Təxirə salınmış oyunların nə zaman keçiriləcəyi hələ dəqiqləşməyib.