Suraxanıda naməlum qadını maşın vurdu

01:27 11-07-2019 581

Suraxanı rayonunda qadını avtomobil vuraraq qaçıb.

HerGun.Az xəbər verir ki, hadisə Suraxanı bazarının yaxınlığında baş verib.

Minik avtomobili kimliyi hələlik bəlli olmayan təxminən, 50 yaşlı qadını vurub.

Hadisədən sonra sürücü ərazidən yayınıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Ona başın və bədənin müxtəlif nahiyələrinin əzilmiş yarası diaqnozu qoyulub.

Suraxanı rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparır.

Kamil Əmirli

Elşad Mətləboğlu