Sürücü avtomobillə vurduğu yeniyetməni xəstəxanaya çatdırdı

02:27 11-07-2019 615

Xəzər rayonunda 16 yaşlı yeniyetməni avtomobil vurub.

HerGun.Az xəbər verir ki, hadisə Zirə qəsəbəsində baş verib.

Minik avtomobili yolu keçmək istəyən piyada, 2003-cü il təvəllüdlü Pirkina Sevinc Əlihüseyn qızını vurub.

Hadisəni törədən sürücü yaralını xəstəxanaya aparıb.

Ona başın təpə nahiyəsinin əzilməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli

Elşad Mətləboğlu