Sərnişin təyyarənin uçuşu zamanı dağılan mühərrikini lentə aldı – VİDEO

03:45 11-07-2019 16

“Delta” aviaşirkətinin Atlanta-Baltimor reysi zamanı fövqəladə hadisə baş verib.

Uçuşun bir saatından sonra gəmi heyəti mühərriklərdən birinin nasaz olduğunu bildirib.

Sərnişinlərdən biri, Loqan Uebb qəzalı mühərriki illuminatordan lentə alıb.  

O, qorxulu kadrları özünün Twitter səhifəsində bölüşüb.

Pilotlar Roli-Darem hava limanında qəza enməsini uğurla həyata keçirərək 148 sərnişinin həyatının xilas ediblər.