Nazir onu vəzifəsindən azad etdi

17:40 06-03-2020 44

Cəfər Cabbarlı adına Azərbaycan Kinostudiyasının direktoru Cəmil Quliyev vəzifəsindən azad olunub. 

APA-nın məlumatına görə, Mədəniyyət naziri Əbülfəs Qarayev əmr imzalayıb.

Əmrə əsasən, Azərbaycan Kinostudiyasının direktoru vəzifəsinin icrası Salnamə Film Studiyasının direktoru Nazim Hüseynova həvalə olunub.

Mədəniyyət Nazirliyinin mətbuat xidməti məlumatı təsdiqləyib.