Pakistanda qatarlar toqquşdu: ölənlər var - VİDEO

09:54 11-07-2019 752

Pakistanda sərnişin və yük qatarlarının toqquşması nəticəsində azı doqquz nəfər ölüb, 67 nəfər xəsarət alıb.

Geo.tv xəbər verir ki, insident ölkənin şimal-qərbindəki Pəncab vilayətində baş verib.

Sərnişin qatarı hərəkətsiz vəziyyətdə dayanmış qatara tam sürətlə çırpılıb. Qatarın öz yolu ilə hərəkət etmədiyi bildirilir.

Xəsarət alanlardan 11-i uşaqdır.

Hadisənin təfərrüatı barədə məlumat verilmir.