NASA Marsı yeni roverlə tədqiq edəcək - FOTO

07:20 08-03-2020 681

NASA 2020-ci ilin yayında Qırmızı planetə göndəriləcək yeni rover (Marsı tədqiq etmək üçün özüyeriyən aparat - red.) modelini təqdim edib.

“Mars-2020” kosmik missiyasının saytına əsasən, yeni roverə “Perseverance” (Dəyanət – red.) adı verilib.

Aparatın Marsa cari ilin iyul-avqust aylarında göndəriləcəyi bildirilir. O, 2021-ci il fevralın 18-də isə Qırmızı planetə enməlidir.

Qeyd edilir ki, yeni missiya ən azı bir Mars ili (təxminən 687 Yer günü) sürəcək.