Pərvin Abıyeva Kamal Sunalın oğlunun filmində - FOTO

11:00 11-07-2019 844

Aktrisa Pərvin Abıyeva azərbaycanlı həmkarları İslam Mehrəliyev, Elcan Rəsul və tanınmış türkiyəli yumor ustası Kamal Sunalın oğlu Əli Sunalın “Hərəkət səkkiz” adlı komediya filmində rol alıb.

HerGun.Az xəbər verir ki, bu barədə məlumatı P.Abıyeva şəxsi “Instagram” hesabında paylaşıb. 

O, filmdən görüntüləri yayımlayaraq, ekran işinin oktyabr ayından etibarən kinoteatrlarda nümayiş olunacağını yazıb.

Filmdə rus mafiyasının izinə düşən bir qrup polisin başına gələn gülməli hadisələrdən və onların dünyanı xilas etmə cəhdlərindən bəhs edilir.

Qeyd edək ki, filmin bir hissəsi İstanbulda lentə alınıb. Baş rollarda Əli Sunal, Hakan Bilgin, Gürgen Öz, Onur Atilla, Devrim Yakut və Hande Katipoğlu yer alıb. Rejissor işi Əli Yorqancıoğluna həvalə edilib.

Rəşad Əliyev