“Yuventus” – “İnter” oyunu yenidən təxirə düşdü

20:20 08-03-2020 439

İtaliya A Seriyasının XXVI turunun təxirə salınmış “Yuventus” – “İnter” oyunu yenidən baş tutmadı.

Sports.ru xəbər verir ki, COVID-19 təhlükəsinə görə, bir dəfə təxirə salınmış oyunun əvvəlcə azarkeşsiz keçirilməsi planlaşdırılsa da, sonradan bu qərar dəyişib.

Qeyd edək ki, İtaliyanın İdman naziri Vincenzo Spadafora A Seriyası oyunlarının hamısının COVID-19 təhlükəsi səbəbindən ləğv olunmasını təklif edib.