“Mançester Yunayted” fantastik qolu ilə derbidə qalib gəldi - VİDEO

23:20 08-03-2020 56

İngiltərə Premyer Liqasının 29-cu turunda “Mançester Yunayted” ilə “Mançester Siti” qarşılaşıb.

“Old Trafford”da baş tutan oyunda ev sahibi qələbə qazanıb. “Qırmızı Şeytanlar” əzəli rəqiblərini iki cavabsız qol ilə məğlub ediblər.

Matçın ilk hissəsinin 30-cu dəqiqəsində Marsial fərqlənib. Qarşılaşmanın son dəqiqəsində isə gənc futbolçu Maktominay “Şəhərlilər”in qapıçısı Edersonun səhvindən istifadə edərək baxımlı qol vurub.