İsmayıllı icra başçısı ilə bağlı məlumatlar təsdiqini tapmadı

11:32 11-07-2019 1000

Dünən saytımızda İsmayıllı ilə bağlı tənqidi yazı getmişdi. Bundan sonra vətəndaşlar telefon açaraq məlumatların düz olmadığını qeyd etdilər:

 

 

"Mirdaməd Sadıqov başçı gələnə qədər harada idiniz? O zaman baş verən qanunsuzluqlar, torpaq zəbtləri nə üçün sizi maraqlandırmırdı? Sözüm, əlbəttə, yazının  başlığında müraciət ünvanladıqlarıma deyil, bu gün də naşı və qərəzli qələmi ilə qaşınmayan yerdən qan çıxarmaq istəyənlərədir. Allahdan  qorxun, qanuna hörmət edin.

Obyektiv olun. İsmayıllı uzaqda deyil. “Etibarlı mənbə”nizin  hər tərəfə atdığı çamuru həqiqət kimi qəbul etməyin. Özünüz baxın , dəqiqləşdirin. Sizə kömək edən də tapılar. Mirdaməd Sadıqova qədər kimin nə  və necə , hansı yolla tikdiyini sizə göstərərlər. Buynuza, Qalacığa, Basqala, Zərgərana, Yeniyola, İvanovkaya gedib sakinlərlə söhbət etdikdə həqiqətə çata bilərdiniz.

Onun da şahidi olarsınız ki, İsmayıllıda dövlət siyasətinə sədaqət göstərilir, ölkə rəhbərinin Sərəncam, tapşırıq və tövsiyələri məsuliyyətlə icra edilir. Bütün  fəaliyyət istiqamətlərində qanunun aliliyi təmin olunur."