“Qalatasaray” vacib oyunda qalib gələ bilmədi - VİDEO

02:00 09-03-2020 531

Futbol üzrə Türkiyə çempionatında çempionluq uğrunda mübarizə aparan iki klub qarşılaşıb.

“Qalatasaray” “Sivasspor”un qonağı olub. Oyunda dörd qol vurulsa da, qələbə qazanan olmayıb. Nəticədə hər iki komandaya bir xal verilib.

Turnir cədvəlində sözügedən komandaların 25 oyundan sonra 49 xalı var. Onlar üçüncü və dördüncü yerləri bölüşürlər.