Neçə nəfərin adı rəsmi Bakının “qara siyahısına” düşüb?

16:00 09-03-2020 463

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı yenilənib.

HerGun.Az-ın məlumatına görə, Xarici İşlər Nazirliyinin arzuolunmaz şəxslər siyahısına 947 nəfərin adı salınıb.

Qeyd edək ki, 2020-ci ilin fevralın 5-də təqdim edilmiş siyahıda 936 nəfərin adı olub.

Bildirək ki, rəsmi icazəsi olmadan Azərbaycanın Ermənistan tərəfindən işğal altında saxlanılan ərazilərinə edilən səfərlər cinayət sayılır. 

Həmin şəxslərə Cinayət Məcəlləsinin 318-ci maddəsi ilə (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) cinayət işi açılır. 

Aqşin Kərimov