Yalçın Rzazadə təcili xəstəxanaya yerləşdirildi - Vəziyyəti kritikdir

13:09 11-07-2019 667

Xalq artisti Yalçın Rzazadənin səhhəti qəflətən pisləşib. 

Müğənninin oğlu Yusif Rzazadə atasının səhhətində yaranmış problemlərlə bağlı HerGun.Az-a açıqlama verib:

“Atam hazırda Mərkəzi Dənizçilər Xəstəxanasındadır. Üç gündür səhhəti heç də yaxşı deyil. Hazırda həkimlər atamın vəziyyətini normallaşdırmağa çalışırlar. Gözlərinin içi sapsarıdır. Qanında zəhərlənmə aşkarlanıb. Ürəyində problemlər var”.

Qeyd edək ki, Yalçın İmran oğlu Rzazadə 31 dekabr 1946-cı ildə Bakıdan anadan olub. 2000-ci ildə Azərbaycan Respublikası Xalq Artisti adına layiq görülüb. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin vokal və pop musiqi kafedrasının müdiridir. Evlidir, üç övladı var. 

Rəşad Əliyev